Qarabağda güclü meşə yanğınları – Helikopterlər havaya QALDIRILDI – VİDEO

Qarabağda güclü meşə yanğınları – Helikopterlər havaya QALDIRILDI – VİDEO

Hazırda oxunan: Qarabağda güclü meşə yanğınları – Helikopterlər havaya QALDIRILDI – VİDEO

264620

Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Bundan əlavə, Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.


Hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO