Minsk Qrupunun buraxılmasına Fransadan REAKSİYA

Minsk Qrupunun buraxılmasına Fransadan REAKSİYA

Hazırda oxunan: Minsk Qrupunun buraxılmasına Fransadan REAKSİYA

264224

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı - İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır.


"ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir", - XİN-dən vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO