Əmək müqaviləsiz mama-ginekoloq işlədən klinika CƏRİMƏLƏNDİ

Əmək müqaviləsiz mama-ginekoloq işlədən klinika CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Əmək müqaviləsiz mama-ginekoloq işlədən klinika CƏRİMƏLƏNDİ

264075

Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər "İstanbul Genetics Klinika" MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.


Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO