Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budayvi 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.
Bizim.Media xəbər verir ki, dəvət məktubunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Şahin Abdullayev təqdim edib.
Görüşdə həmçinin Azərbaycan ilə Fars Körfəzi ölkələri arasındakı əlaqələr, onların möhkəmləndirilməsi perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:15 / 06.08.2025
Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Bakıya dəvət olundu
Hazırda oxunan: Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Bakıya dəvət olundu
Hazırda oxunan: Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Bakıya dəvət olundu
263744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.