Laçında ayı balası - VİDEO

Laçında ayı balası - VİDEO

Hazırda oxunan: Laçında ayı balası - VİDEO

263212

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı görüntüləri ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya Bezoar keçisi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib.
 

Həmin anlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib.


Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib. (Azərtac)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO