“Levski” klubunun rəsmisi: “Sabah”ı düzgün qiymətləndirməsək, problemlərimiz olacaq”

“Levski” klubunun rəsmisi: “Sabah”ı düzgün qiymətləndirməsək, problemlərimiz olacaq”

Hazırda oxunan: “Levski” klubunun rəsmisi: “Sabah”ı düzgün qiymətləndirməsək, problemlərimiz olacaq”

263061

“Levski”nin baş direktoru Daniel Borimirov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində komandasının “Sabah”a qarşı keçirəcəyi görüşdən danışıb.

Bizim.Media xəbər verir ki, "БНТ Новини" nəşrinə danışan klub rəsmisi "Sabah"a ciddi yanaşmalı olduqlarını bildirib:

"Futbolçuların emosional yorğunluğunun olub-olmadığını bilmirəm. Amma fiziki cəhətdən yorğundurlar. Yaxın bir-iki günə yorğunluğumuzu alıb, çempionata hazırlaşmalıyıq. Əsas odur ki, bazar günü qələbə qazanaq. Çünki azarkeşlər bizi dəstəkləməyə gələcək. Növbəti avrokubok matçı üçün müsbət enerjini saxlamalıyıq. "Sabah" ciddi rəqibdir. Onları düzgün qiymətləndirməsək, problemlərimiz olacaq".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO