Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı TƏSDİQLƏNƏCƏK

Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı TƏSDİQLƏNƏCƏK

Hazırda oxunan: Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı TƏSDİQLƏNƏCƏK

262156

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda proses davam edir və bu ilin sonunadək əlavə 230 standartın hazırlanıb, təsdiq edilməsi nəzərdə tutulur.

Təsdiqlənən standartlar nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir.
 

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir.


Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas bazadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO