525 saylı marşrutda biabırçı vəziyyət - Video

525 saylı marşrutda biabırçı vəziyyət - Video

Hazırda oxunan: 525 saylı marşrutda biabırçı vəziyyət - Video

255711

Bakının mərkəzində fəaliyyət göstərən və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.

Bizim.Media xəbər verir ki, 525 saylı xətdəki acınacaqlı vəziyyətlə bağlı növbəti görüntülər Baku.ws-in “qaynar xətti”nə göndərilib.
 

İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.


Masazır sakinləri bildirir ki, avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər.

Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO