Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür - VİDEO

Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür - VİDEO

Hazırda oxunan: Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür - VİDEO

253052

"Artıq bazara gedib vaxt itirməyə ehtiyac yoxdur. Qurbanlıq heyvanı onlayn sifariş ilə də ala bilərsiz".

Bizim.Media Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə bu cür elanlar yayılıb.

Belə elanlara isə münasibət birmənalı deyil. Hər kəsi maraqlandıran suallardan biri də budur ki, heyvanların bu yolla alınıb kəsilməsi dini baxımdan düzgündürmü?
 

Onlayn heyvan satışı ilə məşğul olan Siyavuş Fətəliyev deyir ki, heyvanlar satış məntəqələrinə bayrama 2 gün qalmış gətiriləcək. İstəyən gəlib ala bilər. O ki qaldı onlayn sifarişə, bu artıq 3 gündür ki, başlayıb. Tələbat isə heç də az deyil.



Siyavuş Fətəliyev deyir ki, müştəri istəyərsə, heyvan kəsilərək də göndərilə bilər. Ancaq bu zaman problemlər də ortaya çıxır. Çünki onlayn sifariş edən şəxsə heyvan çatdırılsa da, ödənişi etməkdən yayınanlar da olur.

İlahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, zəng və ya internet üzərindən qurbanlıq heyvan sifariş etmək günah sayılmır, əsas alan və satan şəxsin niyyəti təmiz, aydın olmalıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO