Tramp indidə də “Apple”ı HƏDƏF ALDI – “Tələbimə əməl etməsələr...”

Tramp indidə də “Apple”ı HƏDƏF ALDI – “Tələbimə əməl etməsələr...”

Hazırda oxunan: Tramp indidə də “Apple”ı HƏDƏF ALDI – “Tələbimə əməl etməsələr...”

250949

ABŞ prezidenti Donald Tramp Amerikanın “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

O, “Apple” şirkətini müvafiq tələbə əməl etməsələr, tariflərin tətbiq oluna biləcəyi ilə hədələyib:
 

"Mən “Apple” CEO-su Tim Kuka çoxdan xəbərdarlıq etmişəm. ABŞ-da satılan “iPhone”lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsal edilməli və yığılmalıdır. Əgər belə deyilsə, “Apple” ABŞ-a ən azı 25% tarif ödəməli olacaq".


Qeyd edək ki, hazırda qlobal “iPhone” istehsalının təxminən 18%-i Hindistanın payına düşür. Bu telefonların istehsalında Çinin payı isə 75%-dən çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO