Azərbaycana gətirilən elektromobillərin sayı AZALIB

Azərbaycana gətirilən elektromobillərin sayı AZALIB

Hazırda oxunan: Azərbaycana gətirilən elektromobillərin sayı AZALIB
250491
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 609 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Bizim.Media xəbər verir ki, “Trend.az” bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
 

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 20,4 milyon ABŞ dolları olub.


Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 403 ədəd və ya 39,8%, dəyər ifadəsi ilə isə 23 milyon ABŞ dolları və ya 53% azdır.

Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 33,5 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 9,4 min dollar və ya 21,9% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO