Pivə İNSİDENTİ: Yola səpələnən içkilər uğrunda dava düşdü – ANBAAN VİDEO

Pivə İNSİDENTİ: Yola səpələnən içkilər uğrunda dava düşdü – ANBAAN VİDEO

Hazırda oxunan: Pivə İNSİDENTİ: Yola səpələnən içkilər uğrunda dava düşdü – ANBAAN VİDEO

247394

Dünən saat 16:00 radələrində Türkiyənin İzmir vilayətinin Torbalı rayonuna bağlı Çaybaşı məhəlləsində qəribə və bir o qədər də diqqətçəkən hadisə yaşanıb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, pivə daşıyan TIR-ın qoşqusu hələlik məlum olmayan səbəbdən Çaybaşı svetaforunun yaxınlığında yırtılıb. Nəticədə yüzlərlə pivə qutusu yola səpələnib.
 

Şahidlərin sözlərinə görə, ətrafda olan vətəndaşlar yola səpələnmiş pivə qutularını toplamaq üçün bir-biri ilə yarışa giriblər. Kimisi qutuları qucaqlayaraq aparıb, kimisi avtomobilinə yükləyib.


Şirkət nümayəndələri zədələnməmiş qutuları toplayıb, əzilib istifadəyə yararsız olanları isə ətrafdakı insanlara buraxıblar. Hadisə qısa müddətdə sosial mediada da geniş yayılıb.

Həmin kadrları təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO