Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Xəzər rayonu Albalılıq yaşayış massivində, eyni zamanda Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 30 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:23 / 02.05.2025
Bakıda ağaclar kəsildi, təbiətə 30 min manat ZİYAN DƏYDİ
Hazırda oxunan: Bakıda ağaclar kəsildi, təbiətə 30 min manat ZİYAN DƏYDİ
Hazırda oxunan: Bakıda ağaclar kəsildi, təbiətə 30 min manat ZİYAN DƏYDİ
247306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.