Slutski: “Ermənistanın qisas haqqında unutmasının vaxtı çatıb”

Slutski: “Ermənistanın qisas haqqında unutmasının vaxtı çatıb”

Hazırda oxunan: Slutski: “Ermənistanın qisas haqqında unutmasının vaxtı çatıb”

244898

“Gec-tez Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq. Əlbəttə, bunu daha tez etmək daha yaxşıdır. Biz gecikə bilmərik - biz Cənubi Qafqaz xalqlarının mənafeyinə uyğun olaraq quruculuq yolu ilə irəliləməliyik".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR fraksiyasının lideri Leonid Slutski azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvanın Qarabağda qisas almaq ümidləri mənasızdır - Azərbaycan hələ də güclüdür:

“Bu qarşıdurmaya son qoymağın və ambisiyalara deyil, gələcəyə fokuslanmağın vaxtıdır”.

Slutski həmçinin qeyd edib ki, ilk addım Ermənistanın Qarabağa konstitusiya iddialarının ləğvi olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO