"Ankara bu istəyindən əl çəkməyəcək" - Ərdoğan

Hazırda oxunan: "Ankara bu istəyindən əl çəkməyəcək" - Ərdoğan

243831

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski və Putinlə əlaqə saxladığını bildirib.

 

Sfera.az bildirir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb. Ölkə başçısı qeyd edib ki, bu, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün lazımdır.

 

“Biz yenidən cəhd edə və nəticəyə yönəlmiş, xarici təsirlərdən azad olan prosesləri idarə etməklə sülhün qapısını aça bilərik. Bu axtarışı həm Putin, həm də Zelenski ilə təmaslar vasitəsilə davam etdiririk”, - Türkiyə prezidenti bildirib.

 

O əlavə edib ki, Türkiyə həmişə, döyüşməkdənsə, ədalətli sülhün vacibliyini vurğulayıb. Bundan əlavə, Ərdoğan qeyd edib ki, Putin Ukraynadakı vəziyyətlə bağlı İstanbulda aparılan danışıqların taleyindən danışanda səmimi olub.

 

Türkiyə başçısı onu da bildirib ki, İstanbul danışıqları zamanı ölkə liderləri nəticə üçün çalışıblar, lakin sülh əldə oluna bilməyib. “Amma Ankara tərəfi sülhə nail olmaq istəyindən əl çəkməyəcək”, - o, yekunlaşdırıb.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO