"Bavariya"nın futbolçusu Tomas Müllerin klubdakı gələcəyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Bundesliqa nəhəngi mövsümün sonunda alman hücumçu ilə yollarını ayıracaq. Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Klub 35 yaşlı ön xətt oyunçusunun müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, Tomas Müller 2000-ci ildə "Bavariya"nın akademiyasına qoşulub. Almaniya millisinin sabiq üzvünün peşəkar karyerası yalnız bu klubla bağlıdır. Təcrübəli oyunçu Münhen təmsilçisinin heyətində meydana çıxdığı 743 rəsmi matçda 247 qol və 273 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:10 / 05.04.2025
Müller “Bavariya”nı tərk edir
Hazırda oxunan: Müller “Bavariya”nı tərk edir
Hazırda oxunan: Müller “Bavariya”nı tərk edir
242559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.