Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan Bizim.Media-ya bildirilib ki, görüşdə DB ilə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr və təşəbbüslər müzakirə olunub.
Həmçinin 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media