İsrail Azərbaycana meyvə ixrac edəcək

İsrail Azərbaycana meyvə ixrac edəcək

Hazırda oxunan: İsrail Azərbaycana meyvə ixrac edəcək

241798

İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin Bitki Mühafizəsi və Yoxlama Xidməti Azərbaycanın İsraildən təzə meyvə idxalına icazə verildiyini elan edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İsraildən Azərbaycana manqo, avokado və bibər tədarük ediləcək. 

Azərbaycana meyvə idxalına icazələr İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin proaktiv müraciətindən sonra qüvvəyə minib. Bu icazələr meyvələrin mütəşəkkil və təşkil olunmuş şəkildə ixracına imkan verir. Lakin Azərbaycanın fitosanitar tələblərini qarşılamaq üçün hər bir tədarük sağlamlıq sertifikatı ilə müşayiət olunmalı və hər bir meyvə növü üçün müəyyən edilmiş şərtlərə cavab verməlidir. (Report) 

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO