Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - SİYAHI

Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - SİYAHI

241079

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 614 nəfər təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 65.6%-i ( 113 216 nəfər) turizm məqsədi ilə, 34.4%-isə (59 358 nəfər) digər məqsədlərlə gəlib.

Cari il yanvar ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib.

Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub .

Belə ki, Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO