Slovakiya Nazirlər Kabinetinin dəftərxanasının işçiləri içərisində güllə olan bir zərf alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Teraz" portalı yazıb.
Jurnalistlərin məlumatına görə, bağlama respublikanın Baş naziri Robert Fitsoya ünvanlanıb.
Ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, dəftərxana işçiləri gülləni səhər poçtun yoxlanılması zamanı tapıblar. Hökumət və hüquq-mühafizə orqanları nümayəndələri hələ zərfi göndərənin kimliyini müəyyən edə bilməyiblər.
Xatırladaq ki, mayda Robert Fitsoya sui-qəsd cəhdi olub. Handlova şəhərində keçirilən səyyar hökumət iclasından sonra siyasətçi güllələnib. Polis dərhal cinayətkarı saxlayıb, baş nazir isə xəstəxanaya aparılıb. May ayının sonunda Fitso tibb müəssisəsindən çıxarılıb, lakin işə yalnız iyulda qayıdıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:54 / 25.09.2024
Slovakiyada güllələnən baş nazirə içərisində güllə olan zərf göndərildi
Hazırda oxunan: Slovakiyada güllələnən baş nazirə içərisində güllə olan zərf göndərildi
Hazırda oxunan: Slovakiyada güllələnən baş nazirə içərisində güllə olan zərf göndərildi
213129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.