Azərbaycanla Gürcüstan arasında mühüm sənəd imzalandı     

Azərbaycanla Gürcüstan arasında mühüm sənəd imzalandı     

Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında mühüm sənəd imzalandı     
20383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.

Məlumata görə, görüşdə Cəmiyyətin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb.

Cəmiyyət sədri dəmir yolu sahəsində həyata keçirilən islahatlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. O, bildirib ki, “Şimal-Cənub” və "Cənub-Qərb" dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.

D.Peradze Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını bildirib.

Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO