Dörd ölkə, İran, Rusiya, Şimali Koreya və Çin gərginlik oxu kimi İngiltərənin təhlükəsizliyini təhdid edir və biz yaxın üç ildə onlarla müharibəyə hazır olmalıyıq.
“The Guardian“ın məlumatına görə, bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi, general Reli Uoker çıxış edib.
O qeyd edib ki, Britaniya və onun müttəfiqləri bu müddətdən sonra müharibəyə hazır olmalıdırlar.
O, 2027 və 2028-ci illərdə Böyük Britaniyanın adı çəkilən dörd ölkənin böyük təhdidi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib:
“Müharibə qaçılmazdır və Britaniya ordusu dörd ölkə ilə mübaribəyə hazır olmalıdır. Rusiyanın Ukrayna ilə müharibəsindən İranın nüvə silahı əldə etmək niyyətinə qədər bizim üçün təhdiddir. Düşməni məğlub etmək üçün ordunun gücünü ikiqat artırmaq lazımdır”.
“Ukraynadan sonra hədəf Avropadır”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli düşünür ki, Böyük Britaniyadan olan generalın açıqlaması həqiqətə xeyli yaxındır:
“Böyük Britaniyanın Ukraynaya etdiyi kömək, göndərdiyi silahlar rusların heç zaman yaddaşından çıxmayacaq. Bu mənada Ukrayna müharibəsindən sonra Moskva bütün Avropaya meydan oxumağa çalışacaq. Bu ölkələrin sırasında Almaniya da var. Amma Almaniya digər Avropa ölkələrilə müqayisədə prosesə daha hazırlıqlıdır.
Berlin “Calibr” tipli uzaq mənzilli raketlər alır. Üstəlik Almaniya nüvə silahı ilə bağlı da tədqiqatlara başlayıb. Fransa da Rusiyadan ehtiyatlanır. Ona görə də indidən Rusiya və onun müttəfiqlərilə müharibəyə hazırlıqlar görür.
Bir-birinə düşmən olan cəbhələrdən birinin başında Rusiya dayandığı kimi, digərinin başında da Amerika durur. Amerika nə qədər möhkəm olsa da, hər halda Rusiya nüvə silahı ilə onu da təhdid edə bilər”.
Ekspert qeyd edir ki, yaranmış vəziyyətdə vahid Avropa ordusunun yaradılması məsələsi aktuallaşır:
“Avropa hərbi xərclərini artırır, yeni silah istehsalı üzərində işləri gücləndirir. Belə vəziyyətdə vahid Avropa ordusunun yaradılması da gündəmdədir. Çünki Tramp iş başına gələrsə, NATO-da Avropanın rolunu təftiş etməyə çalışacaq. Bu nöqteyi-nəzərdən Avropa başda Böyük Britaniya və Almaniya olmaqla ciddi şəkildə müharibəyə hazırlaşır. Həmin məsələdə Avropada bu iki dövlət aparıcı mövqeyə malikdir. Onlar gələcəkdə hər hansı bir təhlükə qarşısında öz güclərini birləşdirəcəklər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:20 / 27.07.2024
Britaniyadan növbəti dünya müharibəsi ANONSU – 2027-ci ilə qədər...
Hazırda oxunan: Britaniyadan növbəti dünya müharibəsi ANONSU – 2027-ci ilə qədər...
Hazırda oxunan: Britaniyadan növbəti dünya müharibəsi ANONSU – 2027-ci ilə qədər...
203703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.