Məktəblərdə və bağçalarda yemək xidməti Şirinovun rəhbərlik etdiyi şirkətə həvalə olundu - 27 MİLYON ALACAQ 

Məktəblərdə və bağçalarda yemək xidməti Şirinovun rəhbərlik etdiyi şirkətə həvalə olundu - 27 MİLYON ALACAQ 

Hazırda oxunan: Məktəblərdə və bağçalarda yemək xidməti Şirinovun rəhbərlik etdiyi şirkətə həvalə olundu - 27 MİLYON ALACAQ 

172739

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, Nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması ilə bağlı açıq tenderi tamamlayıb. 

Bizim.Media “marja.az”a istinadən xəbər verir ki, tenderdə qalib "TAİS İKF" MMC şirkətidir. Onun təklifi 14 milyon 311 min manat olub. 

Bundan başqa, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu üzrə"TAİS İKF" MMC ilə məbləği 12 milyon 86 min manat olan müqavilə imzalayıb.

Bu müqavilə "2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasını nəzərdə tutur. "TAİS İKF" MMC şirkəti 2023-cü ildə bu xidmət üzrə  Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsilə 12 milyon 704 min manatlıq müqavilə bağlamışdı. 

1994-cü ildə dövlət qeydiyyatına alınmış və 10 manat nizamnamə kapitalı olan "TAİS İKF" MMC şirkətinin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-dir.  RS-Cleaning, RPC-Co, SHİRİNPAY, RS-HORECA və REM Services brendləri "TAİS İKF" MMC-yə məxsusdur. 
Qeyd edək ki, ötən ilin sentyabr ayında "TAİS İKF" MMC şirkəti “Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması ilə bağlı tenderin qalibi olmuş və 3 milyon 762 min manatlıq müqavilə imzalamşdı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO