Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Hazırda oxunan: Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

640890

Lionel Messinin uşaqlıq illərindən başlayaraq dünya futbolunun ən böyük əfsanələrindən birinə çevrilməsinə qədər keçdiyi yol haqqında yeni video yayımlanıb.

Bizim.Media xəbər verir ki, “Obyektiv-26” YouTube kanalında yayımlanan videoda Messinin Argentinanın Rosario şəhərindəki uşaqlıq illəri, futbola ilk addımları və “Newell’s Old Boys” klubunda başlayan karyerası haqqında bəhs edilir. 

Onun yeniyetmə yaşlarında Argentinadan İspaniyaya getməsi və “La Masia” akademiyasından keçərək “Barselona”nın əsas komandasına qədər yüksəlməsi də videoda ətraflı təqdim olunur.
 

Videoda Messinin “Barselona”da debütü, dünya rekordları, Argentina millisində çıxışları, karyerası ərzində üzləşdiyi ağır məğlubiyyətlər və uzun illər arzuladığı dünya çempionluğu da yer alıb.


Lionel Messi uzun illər Argentina millisi ilə ən böyük titulu qazanmağı arzulayıb. Bir neçə ağrılı məğlubiyyətdən sonra o, nəhayət, 2022-ci ildə dünya çempionu olub və adını futbol tarixinin ən böyük simaları sırasına yazdırıb.

Video yalnız qollar və kuboklardan bəhs etmir. Bu, Rosariodan çıxan və böyük çətinlikləri dəf edərək futbol tarixinin ən böyük oyunçularından birinə çevrilən bir uşağın hekayəsidir.

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO