Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Hazırda oxunan: Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

640901

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçi postu üçün Argentina futbolunun tanınmış simalarından Karlos Teveslə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
 

Ankara təmsilçisi Mətin Diyadinlə yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxıb. Klubun namizədləri arasında 42 yaşlı argentinalı mütəxəssisin də olduğu bildirilir.


Karlos Teves futbolçu karyerası ərzində Argentina millisinin heyətində çıxış edib, həmçinin ölkəsinin “Boka Xuniors”, İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti”, eləcə də İtaliyanın “Yuventus” klublarında forma geyinib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Teves “Rosario Sentral”, “İndependyente” və son olaraq “Talyeres” komandalarına rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO