Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Hazırda oxunan: Ov mövsümü başlayır – BU TARİXDƏN

640897

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib. 
 

O qeyd edib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.


“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO