Türkiyənin Mərkəzi Bankı oktyabrın 8-9-da İstanbul İqtisadi Forumuna ev sahibliyi edəcək. Forumda dünyanın müxtəlif ölkələrindən mərkəzi bank rəhbərləri və yüksək vəzifəli siyasətçilər qlobal iqtisadiyyatın əsas problemlərini müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, Forum İstanbul Maliyyə Mərkəzinin kampusunda keçiriləcək. Tədbir beynəlxalq siyasət dialoqu və əməkdaşlığı üçün yeni platforma yaradacaq, qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı müzakirələrə müxtəlif baxışları bir araya gətirəcək.
İştirakçılar arasında Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek və Mərkəzi Bankın sədri Fatih Karahan, həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin üzvü Kristofer Uoller və İngiltərə Bankının rəhbəri Endryu Beyli var.
İki günlük toplantıda Yunanıstan, Niderland, Macarıstan, Səudiyyə Ərəbistanı, Malayziya, Azərbaycan və Qazaxıstanın mərkəzi bank rəhbərlərinin, həmçinin beynəlxalq maliyyə institutlarının nümayəndələrinin də forumda iştirakı gözlənilir.
Bizim.Media
































































































