Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq

Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq

Hazırda oxunan: Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq

640823

ABŞ Prezidenti Donald Tramp Teksas ştatındakı "Fort-Xud" hərbi bazasında qanlı qırğın törədən keçmiş zabit və hərbi həkim-psixiatr Nidal Həsən barəsində 2013-cü ildə çıxarılmış ölüm hökmünü təsdiqləyib. 

Bizim.Media "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, Nidal Həsənin güllələnmə yolu ilə edam edilməsi təklifini ABŞ-nin müdafiə naziri Pit Heqset edib və dövlət başçısı bu tövsiyəni dəstəkləyib. 

Edamın vaxtı və yeri Pensilvaniya və ya Müdafiə Nazirliyi (Pentaqon) rəhbərliyi tərəfindən müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, ABŞ qanunvericiliyinə əsasən, hərbçilər barəsində çıxarılan hər bir ölüm hökmü mütləq ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Əgər qərar icra olunarsa, bu, 1961-ci ildən bəri ABŞ hərbçisinin ilk edamı, həmçinin 1945-ci ildən bəri bir hərbçinin güllələnməsi ilə bağlı ilk hal olacaq.

Xatırladaq ki, fələstin mənşəli ABŞ vətəndaşı, mayor Nidal Həsən 5 noyabr 2009-cu ildə "Təkbir" gətirərək tibbi müayinədən keçmək üçün toplaşan silahsız xidmət yoldaşlarına atəş açıb. Polisin cavab atəşi nəticəsində iflic olan Həsən addımını Əfqanıstandakı müsəlmanları amerikalı əsgərlərdən qorumaq istəyi ilə izah etmişdi. 2013-cü ildə hərbi tribunal cinayətin "Əl-Qaidə" terror şəbəkəsinin ideologiyasından təsirlənərək törədildiyini sübuta yetirib və ona yekdilliklə ölüm hökmü çıxarıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO