Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Hazırda oxunan: Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

640860

Son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində Lənkəran sahillərində əvvəllər su altında qalan ərazilərdə yeni ekosistem formalaşmağa başlayıb.

Bizim.Media Cənublu.az-a istinadla xəbər verir ki, bir neçə il əvvəl dənizin suları altında olan bəzi sahələr hazırda yaşıllıq zolaqlarına, hətta meyvə bağlarına çevrilir.
 

Rayonun Kənarmeşə kəndi ərazisində müşahidə olunan mənzərə xüsusilə diqqət çəkir. Burada müxtəlif bitki və ağac növlərinin yayıldığı, meyvə ağaclarının da yenidən bərpa olunduğu bildirilir.


Mütəxəssislər bildirirlər ki, dənizin geri çəkilməsi nəticəsində yaranan yeni quru sahələrdə bitki örtüyünün formalaşması təbii ekoloji prosesdir. Torpağın xüsusiyyətləri, rütubət, iqlim şəraiti və toxumların yayılması yeni bitki örtüyünün yaranmasına şərait yarada bilər.

Bununla belə, bu ərazilərdə formalaşan yeni ekosistemin gələcək taleyi Xəzər dənizinin səviyyəsindən asılıdır. Suyun səviyyəsinin yenidən yüksəlməsi halında hazırda quru olan sahələrin bir hissəsinin təkrar su altında qalması mümkündür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO