Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Hazırda oxunan: Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi
640863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

Bizim.Media xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, bir neçə gün əvvəl 1996-cı il təvəllüdlü Həsrət Söhbətov (adlar və soyadlar şərtidir) “Azar” sosial şəbəkəsində Kamilə adlı qadınla tanış olub və aralarında qeyri-rəsmi münasibət yaranıb. O, daha sonra Kamiləyə gecə saatlarında zəng edərkən telefona qadının əri cavab verib.

Həmin vaxt yaranan mübahisədə qadının ərini qorxutmaq məqsədilə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.

Qadının əri məsələ ilə bağlı həmin quruma müraciət edib və Həsrət saxlanılıb. Onun hüquq-mühafizə orqanlarının adına ləkə gətirməsi və tabesizlik göstərməsi əsas göstərilərək barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarı ilə 30 yaşlı şəxs 50 manat cərimə edilərək sərbəst buraxılıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO