Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Hazırda oxunan: Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR
640836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Oran Kərimzadənin (soyadı şərtidir - red.) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib, şikayət təmin olunmayıb.

İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Belə ki, təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində qayınatası, zərərçəkmiş İlham Məcidovla (soyadı şərtidir - red.) yaranmış mübahisə zamanı ona qəsdən yumruq zərbəsi endirərək öldürüb.
 

İş materiallarına əsasən, hadisə günü zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə qızının yaşadığı evə gəlib. Ailədaxili mübahisə zamanı Oran Kərimzadə qayınatasının sol sinə nahiyəsinə yumruq zərbəsi vurub.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin döş qəfəsinin ön səthində yumşaq toxumalara qansızma, qalxan aortanın cırılması kimi həyat üçün təhlükəli ağır xəsarətlər yaranıb. O, döş qəfəsinin küt travması nəticəsində aortanın cırılması ilə əlaqədar baş vermiş kəskin daxili qanitirmədən həyatını itirib.

Məhkəmədə ifadə verən Oran Kərimzadə özünü qismən təqsirli bildiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO