Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib

Hazırda oxunan: Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib

168271

Stolüstü tennis üzrə ölkə kuboku yarışına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, 2005-2008-ci illər , 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların qatıldığı mübarizədə iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstəriblər.

2005-2008-ci il təvəllüdlü oğlan və qızların komanda yarışları Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Şəxsi mübarizədən Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb.

Qoşa yarışlarda Mərziyyə Nurmətova – Arzu Aslanova, Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi, qarışıq-qoşa turnirdə isə Mərziyyə Nurmətova – Adil Əhmədzadə dueti qalib gəlib.

2009-cu il təvəllüdlü və ondan kiçik idmançıların komanda yarışları Təhsil kollektivinin qələbəsi ilə başa çatıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi mübarizədə bütün rəqiblərini üstələyib. Şəbnəm Mansurova ilə Aynur Ağayeva qızların, Şakir Qədirovla Tunar Bağırov oğlanların qoşa yarışında qələbə çalıb. 

Qarışıq-qoşa turnir isə Onur Quluzadə - Yağmur Məmmədli tandeminin qələbəsi ilə nəticələnib.

Fərqlənən idmançılar Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatlarına layiq görülüblər.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO