“Əsas vəzifəmiz iş yerlərinin keyfiyyətinə diqqət yetirməkdir” – Mikayıl Cabbarov 

“Əsas vəzifəmiz iş yerlərinin keyfiyyətinə diqqət yetirməkdir” – Mikayıl Cabbarov 

Hazırda oxunan: “Əsas vəzifəmiz iş yerlərinin keyfiyyətinə diqqət yetirməkdir” – Mikayıl Cabbarov 

164133

“Neft və qazın qiymətlərinin azalmasına baxmayaraq, bu il Azərbaycanın ixracının həcmi 29 milyard dolları ötüb. Qeyri-neft sektoru üzrə ixrac isə 2,7 milyard dollardan çox olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında səsləndirib.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edən nazir bildirib ki, cari ilin 9 ayında dövlət büdcəsinə daxilolmalarda qeyri-neft-qaz sektorunun payı 59,5 faiz təşkil edib:

“Vergi daxilolmaları ilə yanaşı, sosial yığımlarda da artım müşahidə olunur. İsizlikdən sığorta üzrə büdcəyə daxilolmalar isə 149 milyon manat təşkil edib. Eyni zamanda, qeyri-neft-qaz sektorunda 350 min yeni əmək müqaviləsi imzalanıb. Bundan sonra əsas vəzifəmiz iş yerlərinin kəmiyyəti ilə yanaşı, keyfiyyətinə də diqqət yetirməkdir”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi ilə bağlı qanun layihələri müzakirə olunur.
İclasda hökumət üzvləri, o cümlədən Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri iştirak edirlər.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO