Xuraman: “Həyat yoldaşım və uşaqlarımla Şuşaya köçüb, işlə təmin olunmağımızı istəyirəm” – VİDEO 

Xuraman: “Həyat yoldaşım və uşaqlarımla Şuşaya köçüb, işlə təmin olunmağımızı istəyirəm” – VİDEO 

Hazırda oxunan: Xuraman: “Həyat yoldaşım və uşaqlarımla Şuşaya köçüb, işlə təmin olunmağımızı istəyirəm” – VİDEO 
163593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şuşa sərin bir şəhərdir. Yay mövsümündə belə insanlar orada gödəkçə ilə gəzir. Şuşaya gedib, orada qalanda pəncərəni açıq qoyub, yatdım. O havanı udmaq üçün gecədən səhərə kimi pəncərəni bağlamadım. Səhər yuxudan ayıldım, eyvana çıxdım, sevincimdən qışqırdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Əslən Şuşadan olan sənətçi o torpağa uzun illərdən sonra yenidən ayaq basan zaman vəziyyətinin ağırlaşdığını bildirib: 

“Şuşaya gedəndə yolda halbahal oldum, təzyiqim gah qalxdı, gah da endi. Çox ağırlaşdım. Şuşaya bir böyük heyətlə getmişdik. Həyat yoldaşım söylədi ki, çalış yat. Çünki yuxuya getsən, rahat olacaq. Dağlardan keçirdik, baxıb deyirdim ki, şəhidlərimiz bu dağlara necə qalxıblar. Onlar Şuşanı bizə necə qaytarıblar... Yuxarıda erməni, aşağıda isə əsgərlərimiz. Onlar yuxarıya necə qalxıblar... Həm bu, həm uşaqlıq, həm də Şuşanı tərk etdiyimiz hisslər o anda bir-birinə qarışmışdı. Dəli halına gələcək vəziyyətdəydim”. 

Xuraman ailəlikcə bərabər Şuşaya köçüb orada yaşamaq və işlə təmin olunmaq istədiyini dilə gətirib: 

“Şuşaya köçüb, orada yaşamaq istəyirəm. Bu haqda isə çox düşünürəm. Ailəli olsam da, o torpağa geri qayıtmaq istəyirəm. Mən də, həyat yoldaşım da Şuşada işlə təmin olunmağımızı istəyirik. Biz orada həm yaşamağa, həm də işləməyə hər an hazırıq. Orada məktəb tikilib. Dörd övladımın da Şuşada yaşamasını istəyirəm. Həyat yoldaşım da işindən ayrılar, (Xuraman Şuşalının həyat yoldaşı Elçin Məmmədov “İctimai” televiziyada rejissor kimi fəaliyyət göstərir – red.) Şuşada işləyər. Artıq ona bunu demişəm”. 

Qeyd edək ki, X.Şuşalı kiçik yaşlarında Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə bərabər Şuşanı tərk etmək məcburiyyətində qalıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO