Sərnişinlər gündüz saatlarında da qatarla Tbilisiyə gedə biləcək

Sərnişinlər gündüz saatlarında da qatarla Tbilisiyə gedə biləcək

Hazırda oxunan: Sərnişinlər gündüz saatlarında da qatarla Tbilisiyə gedə biləcək
645349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı iki dəfə artırılaraq dördə çatdırılıb. Sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər".

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev yeni reysin icrası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
 

O qeyd edib ki, əlavə reyslərin tətbiqi sərnişin tələbatının qarşılanmasına, eləcə də səyahət imkanlarının genişləndirilməsinə xidmət edir.


B.Hacıyevin sözlərinə görə, reyslərin sayının artırılması ilə sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb. Bu isə təxminən 50 faiz artım deməkdir.

O bildirib ki, yeni reyslər sərnişinlərə gündüz saatlarında da səyahət etmək imkanı yaradacaq:

"Belə ki, indiyədək yalnız gecə saatlarında həyata keçirilən səfərlərə əlavə olaraq gündüz reysləri də təşkil olunub. Qatarlar hər gün Bakıdan saat 23:10 və 09:10-da, Tbilisidən isə saat 11:00 və 22:00-da yola düşəcək.

Bakıdan Tbilisiyə biletlərin qiyməti 54 manatdan, Yevlaxdan 44 manatdan, Gəncədən 41 manatdan, Ağstafadan 38 manatdan, Böyük Kəsik stansiyasından isə 36 manatdan başlayır".

O, əlavə reyslərin tətbiqinin Azərbaycan Dəmir Yolları ilə Gürcüstan Dəmir Yolları arasında zəruri texniki və təşkilati hazırlıq işlərinin başa çatdırılmasından sonra mümkün olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO