Qusarda möhtəşəm ZƏFƏR PARADI – VİDEOREPORTAJ  

Qusarda möhtəşəm ZƏFƏR PARADI – VİDEOREPORTAJ  

Hazırda oxunan: Qusarda möhtəşəm ZƏFƏR PARADI – VİDEOREPORTAJ  
163359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusarda 8 noyabr - Zəfər Günü ilə əlaqədar möhtəşəm parad və yürüş keçirilib. Tədbir Qusar şəhərindəki general Mahmud Əbilov adına mərkəzi meydanda baş tutub. Zəfər paradı Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyəti və zirehli texnikaları meydanda toplaşıb.  

Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olan igid oğulların və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Zəfər Günü ilə bağlı çıxış edənlər İlham Əliyevin uğurlu siyasəti və ordumuzun şücaəti nəticəsində qazandığımız qələbələrdən söz açıblar.  

Daha sonra möhtəşəm hərbi parada start verilib. Hərbi hissəsinin komando briqadası bir-birindən maraqlı hazırlıq hərəkətlərini nümayiş etdiriblər. Hərbçilər meydandan keçid edərək 5 kilometr boyunca yürüş ediblər. Zəfər paradı yerli sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. 
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO