Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” - VİDEO  

Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” - VİDEO  

Hazırda oxunan: Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” - VİDEO  
163272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan (Sərxan Rəşid oğlu Qurbanbəyov) qonaq olduğu “Gündən günə” verilişində deyib. 

71 yaşlı sənətkar uzun illər əvvəl Moskvada Qurbanbəyov soyadı ilə yaşadığı çətinlikdən söz açıb: 

“Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Çaşırdılar... Bir neçə dəfə məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında adı soyadsız demək olmaz söyləyirdilər. Mən də dedim ki, o zaman iki dəfə Sərxan deyin. Yəni Sərxan Sərxan. Dedim ki, babamın da adı Sərxandır. Deyin Sərxan Sərxan... Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan Sərxan kimi getdi. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var, niyə axı o soyadı tanıtdırmırsan (gülür)”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO