"Köçəryanın tutulan "prezident"lərin siyahısında olmaması təəssüf doğurur" - Erməni fəal

Hazırda oxunan: "Köçəryanın tutulan "prezident"lərin siyahısında olmaması təəssüf doğurur" - Erməni fəal

159233

Qarabağın satqın "prezidentlər"inin simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.

Bizim.Media xəbər verir ki, bunu erməni fəal Usik Markosyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, eyni vaxtda üç keçmiş "prezident" - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan həbs edilib: 

"Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, qandalı ona Ermənistan taxacaq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO