Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb.
Dövlət başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.
Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru deyib ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparılıb.
Qeyd edilib ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpaolunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:42 / 22.09.2023
İlham Əliyev Dünya Bankının regional direktorunu QƏBUL ETDİ
Hazırda oxunan: İlham Əliyev Dünya Bankının regional direktorunu QƏBUL ETDİ
Hazırda oxunan: İlham Əliyev Dünya Bankının regional direktorunu QƏBUL ETDİ
156452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.