Şahin Diniyev:

Şahin Diniyev: "Meydançanın ideal olmaması problem yaradırdı"

Hazırda oxunan: Şahin Diniyev: "Meydançanın ideal olmaması problem yaradırdı"
155537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 6-cı turunun "Kəpəz" - "Səbail" (0:3) matçından sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev mətbuat konfransında iştirak edib. 

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis komandasının səfərdəki inamlı qələbəsini şərh edib: 

"Hesab bizi aldatmasın. Çətin oyun oldu. Meydançanın ideal olmaması topa nəzarətdə problem yaradırdı. Əlimizdə düşən fürsətlərdən istifadə etdik. Bir neçə qol epizodumuz da var idi. Amma inanın, ən çətin oyunlarımızdan birini keçirdik. İlk hissədə mənim istədiyim futbolu oynaya bilmədik. Artıq komandanın oyunu var, həm də nəticəyə oynaya bilirik.  
"Kəpəz"ə qol epizodu vermədik. Müdafiədə etibarlı oynadıq, hücumda kreativ olmağa çalışdıq. Qələbəyə layiq idik. Matçdan əvvəlki analizlərimizdə bizi çətin oyunun gözlədiyini düşünürdük. "Kəpəz"in cinahlarını bağladıq, Abdullah Şuaybunun sürətini söndürə bildik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO