Azərbaycanda bu bayram qadağan edilir?

Azərbaycanda bu bayram qadağan edilir?

Hazırda oxunan: Azərbaycanda bu bayram qadağan edilir?
645863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər Azərbaycanda Hellouin (Halloween) bayramı qeyd edənlərin sayının artması cəmiyyətdə müzakirələrə səbəb olur. Bayram çərçivəsində təşkil edilən qorxulu səhnəciklər, maskalar və müxtəlif görüntülər bəzi insanlarda narahatlıq yaradır. Bu isə Hellouinin ölkədə keçirilməsinin nə dərəcədə məqsədəuyğun olduğu və belə tədbirlərin məhdudlaşdırıla biləcəyi məsələsini gündəmə gətirir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, Hellouin və digər buna bənzər bayramların Azərbaycanda yayılması cəhdləri hiss olunur:

“Bu, təkcə Azərbaycana qarşı yox, bir çox ölkələrə bu bayramları yaymaq istəyirlər. Onların köklərinin digər dini, məsələn, xristian dini ənənələrinə, bir qədər də ondan əvvələ gedib çıxması ilə bağlı fərziyyələr var. Belə bayram və mərasimlərin ölkələrə yayılmasının başqa bir adı da mədəni-mənəvi ekspansiya cəhdləri kimi qiymətləndirilə bilər. 

Çünki belə bayramlar və mərasimlər vasitəsilə başqa xalqlara öz mədəni-mənəvi dəyərlərini, tərzlərini qəbul etdirmək, subliminal məqsədlər hədəflənir. Hesab edirəm ki, bu bayramların Azərbaycanda keçirilməsi və yayılması arzulanan deyil, məqsədəuyğun deyil. Bizim özümüzün minillik qədim adət-ənənələrimiz, bayramlarımız, mərasimlərimiz var”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO