İran 4 ölkənin gəmilərinə Hörmüz boğazından keçidə icazə verdi

İran 4 ölkənin gəmilərinə Hörmüz boğazından keçidə icazə verdi

Hazırda oxunan: İran 4 ölkənin gəmilərinə Hörmüz boğazından keçidə icazə verdi
645848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran hakimiyyəti Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından gəmilərin keçidinə tətbiq edilən məhdudiyyətlərdən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələrin gəmiləri artıq boğazdan sərbəst hərəkət edə bilərlər. Parlamentari əlavə edib ki, ABŞ tərəfi də həmin ölkələrin gəmilərinin keçidinə mane olmur.

O, həmçinin vurğulayıb ki, İran Qətərdən Hörmüz boğazından tranzit keçid üçün ödəniş almamaq qərarına gəlib.
 

Məhdudiyyətlərin aradan qaldırılmasının səbəblərinə toxunan Müqəddəm Tehranın danışıqlar apardığını və hər bir qərarın konkret əsasının olduğunu qeyd edib.


Onun bildirdiyinə görə, Hindistana tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması İrana dərman idxalının təmin edilməsi, Çinlə bağlı qərar isə Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO