AFFA azarkeşə qeyri-etik jest edən futbolçunu CƏZALANDIRDI 

AFFA azarkeşə qeyri-etik jest edən futbolçunu CƏZALANDIRDI 

Hazırda oxunan: AFFA azarkeşə qeyri-etik jest edən futbolçunu CƏZALANDIRDI 
155036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. 

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub. 

2-ci Liqanın 2-ci turunun “Şəfa” – “Şəki Siti"” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib. 

“Şəfa” – “Şəki Siti" oyununda meydan sahiblərinin futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Şəfa” klubu 350 manat cərimə edilib. 

2-ci Liqanın 2-ci turunun “Ağdaş” – “Baku Sportinq” oyununda meydan sahiblərinin futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş”  50 manat cərimə edilib. 
“Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində qonaq komandanın heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO