Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  

Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO  
151684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Şəki şəhidləri 2023" futbol turniri keçirilib. Bir ay davam edən yarışlarda 11 komanda mübarizə aparıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. 

Qeyd olunub ki, Şəki şəhəri üzrə gənclər və idman sektorunun təçkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunan bu turnir ilk dəfə təşkil edilib.

"Şəki şəhidləri 2023" futbol turnirinin keçirilməsində əsas məqsəd Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim uca tutmaq, yeniyetmə və gənclərdə idmana, sağlamlığa olan marağı artırmaqdan ibarətdir. Bir aydan çox davam edən turnirdə məhəllə, kənd və qəsəbələrdən 11 komanda iştirak edib.
Yarışların final mərhələsindən sonra qalibləri mükafatlandırma mərasimi keçirilib. Şəhid ailə üzvlərinin də qatıldığı mükafatlandırma mərasimində turnirdə I, II, III yerlər üzrə qalib gələn komandalar diplom, kubok və medallarla mükafatlandırılıb.

Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 1
Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 2
Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 3
Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 4
Şəkidə şəhidlərin xatirəsinə həsr olunan turnir KEÇİRİLDİ – FOTO   - foto 5

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO