Lənkəranda 23 yaşlı qadın özünü körpüdən atmaq istəyib.
Bizim.Media “Qafqazinfo.az”-a istinadən xəbər verir ki, hadisə Hirkan qəsəbəsi ərazsində qeydə alınıb.
Məlumata görə, qadın evli olub. O, ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib.
Ətrafdakı insanlar qadını fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt ərazidən keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını tutaraq xilas edib.
Bizim.Media