“Dövlət universitetlərinin tələbələrinin dövlət qurumlarında praktika keçməsi ödənişsizdir. Çünki, təhsil verən də, təcrübəni öyrədən də dövlət tərəfindən maliyyələşdiyi üçün qarşılıqlı razılıq əsasında praktika keçən dövlət təşkilatı tələbənin təhsil aldığı ali məktəbdən vəsait tələb edə bilməz. Amma praktika keçən təşkilat tələbələrə, yəni təcrübə keçən işçisinə əlavə ödəniş etməyə borcludur”.
Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, əgər dövlət ali məktəblərində təhsil alan tələbə və yaxud tələbələr özəl şirkətdə praktik təcrübə keçirsə onda universitet həmin müəssisəyə pul ödəməlidir:
“Çünki, özəl şirkətin dövlət və yaxud dövlət müəssisəsi qarşısında bununla bağlı hansısa bir öhdəliyi yoxdur. Bundan başqa, bəzi özəl ali məktəblərin tələbələri özəl şirkətlərdə praktika keçirlər. Bu zaman ali məktəb praktika keçən şirkətə pul ödəməlidir. Çünki, özəl şirkətin belə bir öhdəliyi yoxdur. O bütün münasibətləri sırf kommersiya maraqları üzərində qurur”.
Kamran Əsədov onu da qeyd edib ki, ölkəmizin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır:
“Bu tələbələrin 48 minə yaxını dördüncü kursda oxuyurlar. Mövcud qaydalara görə dördüncü kurs tələbələri birinci smestr imtahanından sonra istehsalat və yaxud pedaqoji təcrübəyə yollanırlar. Bunun da məqsədi odur ki, təhsil alanlar təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqları praktik olaraq həyata keçirsinlər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 02.08.2023
Universitetlər tələbələrin praktika keçdiyi təşkilatlara pul ödəməlidir? – AÇIQLAMA
Hazırda oxunan: Universitetlər tələbələrin praktika keçdiyi təşkilatlara pul ödəməlidir? – AÇIQLAMA
Hazırda oxunan: Universitetlər tələbələrin praktika keçdiyi təşkilatlara pul ödəməlidir? – AÇIQLAMA
149139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.