Taksilər üçün yeni rüsumlar müəyyən EDİLİR - MƏBLƏĞ 

Taksilər üçün yeni rüsumlar müəyyən EDİLİR - MƏBLƏĞ 

Hazırda oxunan: Taksilər üçün yeni rüsumlar müəyyən EDİLİR - MƏBLƏĞ 

140989

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir. 

- Taksi minık avtomobilləri ılə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat 

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat 

- Azərbaycan Respublıkası ilə xarici olkələr arasında avtomobil nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat 
 
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat 

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat 

Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO