Qondarma rejimin “bayrağı” Ermənistandan yığışdırılır? – Nazirdən AÇIQLAMA – VİDEO  

Qondarma rejimin “bayrağı” Ermənistandan yığışdırılır? – Nazirdən AÇIQLAMA – VİDEO  

Hazırda oxunan: Qondarma rejimin “bayrağı” Ermənistandan yığışdırılır? – Nazirdən AÇIQLAMA – VİDEO  

138963

Bir müddət əvvəl Ermənistanda məktəblərindən birində Qarabağdakı qondarma rejimin bayrağı dirəkdən çıxarılaraq aşağı endirilib.  

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə Qarabağda yaşayan erməni əhali arasında rezonans yaradıb.  

Bu barədə məlumat yayıldıqdan sonra, Ermənistanda bir sıra siyasi dairələr və siyasətçilər hadisənin təsadüf olmadığını və siyasi məna daşıdığını vurğulayıb.

Qeyd edək ki, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məktəblərdə ölkənin bayraqlarının düzgün qaydada quraşdırılması və dəstəklənməsi barədə əmr verib.   

“Göstəriş Ermənistan Respublikasının dövlət bayrağının düzgün istifadəsi barədə olub.Bu göstərişə “Dağlıq Qarabağ”ın (qondarma rejim) bayrağının endirilməsi məsələsi daxil deyil”, - deyə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Janna Andreasyan bildirib. 

Mirzə Altay, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO