Paşinyandan Putinə üzrxahlıq - ''İsgəndər'' barədə məni səhv məlumatlandırıblar''

Paşinyandan Putinə üzrxahlıq - ''İsgəndər'' barədə məni səhv məlumatlandırıblar''

Hazırda oxunan: Paşinyandan Putinə üzrxahlıq - ''İsgəndər'' barədə məni səhv məlumatlandırıblar''
13421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırılıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

1000 nəfər polis Paşinyana kömək üçün Qarabağdan İrəvana aparıldı


''Nikol Paşinyanın açıqlamasına səhv məlumatlar səbəb olub və o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bildirib''- deyə M.Gevorqyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri faktları və məlumatları müqayisə edərək bu qənaətə gəlib ki, o, vəziyyətlə bağlı səhv məlumatlandırılıb:

''Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinə aidiyyəti yoxdur.

Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”,- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO