Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 25%-dən çox artıb

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 25%-dən çox artıb

Hazırda oxunan: Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 25%-dən çox artıb

131674

Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2021-ci ilsə sözügedən göstərici 1 851 856 min manat səviyyəsində olub. 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur. 

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım). 
Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO